Bayden İraqın Baş naziri ilə görüşəcək

bayden-iraqin-bas-naziri-ile-gorusecek
Oxunma sayı: 907

ABŞ Prezidenti Co Bayden İraqın Baş naziri Mustafa əl-Kazımi ilə görüşəcək.

Bu barədə “Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, görüş iyulun 26-da Vaşinqtonda keçiriləcək.

“Reuters” qeyd edir ki, bu məlumatı Vaşinqton administrasiyasının nümayəndəsi təsdiqləyib. Ağ Evin mətbuat xidməti bu görüş barədə hələlik məlumat dərc etməyib.