Bayden İsveç və Finlandiya ilə bağlı protokolları imzalayacaq

bayden-isvec-ve-finlandiya-ile-bagli-protokollari-imzalayacaq
Oxunma sayı: 1182

Bu gün ABŞ Prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıblar. Baş katib Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib.