Bayden itlə oynayarkən ayağını zədələdi

Bayden itlə oynayarkən ayağını zədələdi
Oxunma sayı:

ABŞ-ın yeni Prezidenti Co Bayden iti ilə oynayarkən ayaq pəncəsini zədələyib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Baydenin ayağının ortasında yerləşən yan və ara sfenoid sümüklərində mikroçat aşkarlanıb. Bu barədə onun həkimi Kevin O'Konnor məlumat verib.

“Baydenin KT müayinəsində sağ ayağının ortasında iki kiçik sümüyündə mikroçatlar aşkar edilib.

“Ehtimal olunur ki, bir neçə həftə ərzində sınıqdan sonra ayağını sağaltmaq üçün xüsusi ayaqqabılara ehtiyac duyacaq”,- deyə həkim Kevin O'Konnor qeyd edib.