“Əgər ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizədə Kiyevə dəstək verməsəydi, o zaman Avropada xaos başlayacaq, Rusiya isə başqa ölkələri işğal etməyə davam edəcəkdi”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
"Mən Birləşmiş Ştatların Prezidentiyəm. Söhbət mənim siyasi həyatda qalmağımdan getmir.. Söhbət ölkə üçün nəyin yaxşı olmasından gedir. Zarafat deyil. 100.000-dən çox əsgər bütöv bir xalqın mədəniyyətini işğal etmək və məhv etmək üçün sərhədi keçərkən ən güclü qurum olan NATO Rusiyanın təcavüzündən uzaqlaşarsa, nə baş verər?. Sonra nə olacaq?”- deyə Bayden bildirib. Onun sözlərinə görə, Avropada daha sonra xaos yaranacaqdı.
Son xəbərlər
Son Xəbərlər