ABŞ Prezidenti Co Bayden koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, bu gün səhər Bayden Las-Veqasdakı ilk tədbirindən sonra koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.
ABŞ liderinin dəfələrlə peyvənd olunduğuna görə simptomlarının yüngül olduğu qeyd edilib.