Bayden milli təhlükəsizlik komandası ilə iclas keçirdi - Yenilənib

bayden-milli-tehlukesizlik-komandasi-ile-iclas-kecirdi
Oxunma sayı: 4530

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı milli təhlükəsizlik komandası ilə iclas keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. 

Bildirilir ki, Ağ Ev rəhbəri bu görüşü Rusiya və Ukrayna ilə bağlı yenilikləri öyrənmək üçün keçirir.

***

C.Baydenin milli təhlükəsizlik komandası ilə keçirdiyi iclas başa çatıb.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi Mark Millinin də daxil olduğu milli təhlükəsizlik qrupu ilə görüşüb.

Açıqlamada Baydenin mütəmadi olaraq Ukrayna-Rusiya gərginliyini milli təhlükəsizlik komandası ilə müzakirə etdiyi, son hadisələrlə bağlı məlumat aldığı və bugünkü görüşün də bu çərçivədə keçirildiyi bildirilib.

Qeyd edək ki, Bayden həftə sonu milli təhlükəsizlik komandası ilə görüş keçirib və burada Ukraynadakı son vəziyyəti müzakirə edib.