Bu gün Ukraynadakı vəziyyəti müzakirə etmək üçün ABŞ, Aİ, NATO, Kanada, Yaponiya və altı Avropa dövləti liderlərinin videokonfransı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanada Baş nazirinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Baş nazir Castin Trüdo ABŞ Prezidenti Co Baydenin Fransa, Almaniya, İtaliya, Yaponiya, Polşa, Rumıniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO liderləri ilə ev sahibliyi edəcəyi görüşə qatılacaq.
Ağ Evin məlumatına görə isə, görüş Bakı vaxtilə 21:30-da olacaq.
Son xəbərlər
Son Xəbərlər