Bayden NATO sammitində iştirak edəcək

bayden-nato-sammitinde-istirak-edecek
Oxunma sayı: 815

ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İspaniyanın müdafiə naziri Marqarita Robles açıqlayıb.

Onun sözlərinə görə, sammitdə NATO ölkələri, İsveç və Finlandiya ilə yanaşı, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya nümayəndələri də öz iştiraklarını təsdiq edib.

Qeyd edək ki, NATO-nun sözügedən sammiti 28-30 iyun tarixlərində baş tutacaq.