ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı ölkənin Birinci xanımını səhv salıb.
“Qafqazinfo” xəbər verir ki, vitse-prezident Kamala Harrisin tədbirə qatılmama səbəbini açıqlayan Bayden “Birinci xanımın həyat yoldaşı koronavirusa yoluxub” deyib. Bu zaman Ağ Ev rəhbərinin xanımı “Birinci xanımın əri sənsən” deyə kənardan müdaxilə edib.
“Düzdür. O, haqlıdır. Bu mənəm”, - deyə Bayden gülərək səhvini düzəldib. Qeyd edək ki, Kamala Harrisin həyat yoldaşı Duqlas Emhoff koronavirusa yoluxub. Harrisin test nəticəsi neqativ çıxsa da, o, Ağ Evdə keçirilən tədbirə qatılmamağa qərar verib.
Son xəbərlər
Son Xəbərlər