Bayden onunla Ukraynaya yardımı müzakirə edəcək

bayden-onunla-ukraynaya-yardimi-muzakire-edecek
Oxunma sayı: 1702

“ABŞ Prezidenti Co Bayden İtaliyanın Baş naziri Giorgia Melonini martın 1-də Ağ Evdə qəbul edəcək, onlar Kiyevə dəstək ilə bağlı məsələləri müzakirə edəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama yayıb.

Onun sözlərinə görə, Bayden və Meloni qlobal çağırışlara cavab vermək üçün ümumi yanaşmaları, o cümlədən Ukraynanı dəstəkləməyə davam etmək öhdəliyini danışacaqlar. Onlar həmçinin, Yaxın Şərqdə regional gərginliyin qarşısının alınması, Qəzza sakinlərinə humanitar yardımın çatdırılması, Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində İtaliyanın G7-yə sədrliyi və koordinasiyası haqda fikir mübadiləsi aparacaqlar.