ABŞ Prezidenti Co Bayden Paris-2024-ə qatılmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Ağ Evin rəsmi saytında dərc olunan məlumatda deyilir.
Məlumata görə, Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə ölkənin birinci xanımı Cil Bayden rəhbərlik edəcək.
Bağlanış mərasimində ABŞ-nin vitse-prezidenti Kamala Harrisin əri Duqlas Emhoff iştirak edəcək.
“Prezident Bayden bu gün Parisdə 2024-ün açılış və bağlanış mərasimlərində iştirak etmək üçün nümayəndə heyətinin adını açıqlayıb.
Belə ki, ölkənin birinci xanımı Cil Bayden Olimpiya Oyunlarının açılışında nümayəndə heyətinə başçılıq edəcək. Oyunların açılış mərasimi 26 iyul 2024-cü ildə baş tutacaq.
11 avqust 2024-cü il tarixində keçiriləcək bağlanış mərasimində isə nümayəndə heyətinə Duqlas Emhoff rəhbərlik edəcək”, - məlumatda qeyd edilib.