Bayden Pentaqon rəhbərinin xanımı ilə gündəmə gəldi- - Foto+Video

bayden-pentaqon-rehberinin-xanimi-ile-gundeme-geldi-
Oxunma sayı: 4141


“Qafqazinfo” Россия 24-ə istinadən xəbər verir ki, o, Pentaqon rəhbəri Eşton Karterin xanımı Stefani Karterə qarşı hədsiz nəzakət göstərib. Maraqlı hadisə Eşton Karterin andiçmə mərasimindəki çıxışı zamanı baş verib. 

Xanım Karterə yaxınlaşan Bayden onun çiyinlərindən tutub və qulağına nəsə pıçıldayıb. Jurnalistlər onun bu davranışını qeyri-etik adlandırıblar. 

Tədbirdə xeyli foto və videokamera olmağına baxmayaraq ABŞ rəsmisi bu hərəkətindən çəkinməyib. Amma Stefani Karterin bundan rahatsız olduğu heç kimin gözündən yayınmayıb. 

Qeyd edək ki, bu, həmin gün ərzində Pentaqon rəhbəri xanımının başına gələn ikinci hadisədir. Belə ki, bundan əvvəl xanım Ağ evin qarşısında buz üstündə sürüşərək yıxılıb. O, mühafizə xidmətinin köməyi ilə ayağa qaldırılıb.