Bayden-Putin görüşünə dair - Bəyanat

bayden-putin-gorusune-dair
Oxunma sayı: 2158

Bu gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında Cenevrədə keçirilən görüşün birgə bəyanatı yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki,  bəyanatda liderlərin ortaq qərara gəldiyi məsələlər yer alıb.

“Biz, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden olaraq, bunları qeyd edirik:

Rusiya və ABŞ gərginlik vaxtlarında belə strateji sahədə məsələlərin proqnozlaşdırılabilən olmasının təmin edilməsi, silahlı qarşıdurma və nüvə müharibəsi təhlükəsi ilə əlaqədar risklərin azaldılmasına dair ortaq hədəflərin tətbiq olunmasında irəliləyişə nail ola bildiklərini ortaya qoydu.

Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START-3) bu yaxınlarda uzadılması nüvə silahlarının idarə edilməsinə olan bağlılığımızın sübutudur. Bu gün nüvə müharibəsində qazananın olmayacağı və belə bir müharibənin əsla başladılmaması prinsipinə bağlılığımızı təsdiq edirik.

Rusiya və ABŞ bu məqsədlərə nail olmaq üçün ən qısa zamanda strateji sabitlik məsələsində əhatəli ikitərəfli dialoq vasitəsilə gələcəkdəki silah idarəçiliyinin və riskləri azaltma tədbirlərinin təməlini formalaşdırmağı hədəfləyirik”, - bəyanatda deyilir.