Bayden Putinlə görüş haqda suala cavab vermək istəmədi

bayden-putinle-gorus-haqda-suala-cavab-vermek-istemedi
Oxunma sayı: 1269

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün ilkin şərtlər irəli sürüb-sürməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri belə cavab verib:

“Mən bunu başqa vaxt müzakirə edəcəyəm”.

Xatırladaq ki, Bayden Putinə üçüncü ölkədə görüşməyi təklif edib. Görüşün iyunda keçirilməsi ehtimalı var.