ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə kibertəhlükəsizlik məsələlərini də müzakirə edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bu gün keçirdiyi brifinqdə deyib.
“Prezident Baydenin fikrincə, Prezident Putin və Rusiya hökuməti bu hücumların dayandırılması və qarşısının alınmasında rol oynayır.
Bu səbəbdən bunun Baydenin iki həftə sonra Putinlə görüşündə müzakirə olunacaq mövzulardan olması gözlənilir”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər