“İsrail qoşunları çıxarılacaq” - Bayden atəşkəsdən danışdı

israil-qosunlari-cixarilacaq
Oxunma sayı: 3454

ABŞ Prezidenti Co Bayden Qəzzada atəşkəsin  əldə olunması haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bayden razılaşmanın mərhələlərini açıqlayıb.

Onun sözlərinə görə, Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək. Atəşkəs İsrail qoşunlarının çıxarılması və girovların azad edilməsini əhatə edəcək.

İkinci mərhələ girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur, atəşkəs daimi xarakter alacaq.

Müqavilənin üçüncü mərhələsi öldürülən girovların qalıqlarının qohumlarına qaytarılmasını və anklavın bərpasına başlanılmasını nəzərdə tutur.