Bayden Ramazan bayramı ilə bağlı paylaşım etdi

bayden-ramazan-bayrami-ile-bagli-paylasim-etdi
Oxunma sayı: 2266

ABŞ Prezidenti Co Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri təbriki Tviter hesabında paylaşıb.

“Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, - Bayden yazıb.