Bayden sahibkarları benzinin qiymətini aşağı salmağa çağırdı

bayden-sahibkarlari-benzinin-qiymetini-asagi-salmaga-cagirdi
Oxunma sayı: 1818

ABŞ Prezidenti Co Bayden yanacaqdoldurma məntəqələrinin sahiblərindən benzinin qiymətini dərhal aşağı salmağa çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o tviter səhifəsində yazıb.

“Yanacaqdoldurma məntəqələrinin sahiblərinə və qiymətləri təyin edənlərə çağırış edirəm, hər şey sadədir: indi müharibə və qlobal təhlükə vaxtıdır. Qiyməti məhsul üçün ödədiyiniz qiymətə uyğunlaşdırın. Və bunu indi edin”, - deyə amerikalı lider qeyd edib.