Bayden Səudiyyə Ərəbistanına səfər etdi

bayden-seudiyye-erebistanina-sefer-etdi
Oxunma sayı: 1546

ABŞ Prezidenti Co Bayden İsrail, Fələstin və Səudiyyə Ərəbistanına regional səfərinin son dayanacağı olan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baydeni daşıyan prezident təyyarəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib.

ABŞ Prezidentini hava limanında Məkkə əmiri şahzadə Xalid əl-Feysəl və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndər Əl Səud qarşılayıblar.

Qeyd edək ki, Bayden 20 yanvar 2021-ci ildə vəzifəyə gəldikdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edir. Co Bayden Ər-Riyad Administrasiyasının hava məkanını İsrail də daxil olmaqla bütün mülki uçuşlar üçün açmaq qərarından sonra Tel-Əvivdən birbaşa Səudiyyə Ərəbistanına uçan ilk ABŞ Prezidenti oldu.