Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

bayden-suriyaya-qarsi-sanksiyalarin-muddetini-uzatdi
Oxunma sayı: 849

ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejiminin müddətini daha 1 il uzatmaq barədə qərar qəbul edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Söhbət Vaşinqtonun 2004-cü ildən 2012-ci ilə qədər Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalmasından gedir. Bu restriksiyalar, xüsusilə ABŞ-ın yurisdiksiyası altında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin ABŞ-ın müəyyən kateqoriyalı məhsul və xidmətlərinin Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.