Bayden Trampı Corc Buşla səhv saldı

bayden-trampi-corc-busla-sehv-saldi
Oxunma sayı: 3742

Amerikada Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden oktyabrın 25-də “Səs verəcəm” onlayn verilişində çıxışı zamanı hazırkı Prezident Donald Trampı keçmiş Prezident Corc Buşla səhv salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Post” məlumat verib.

“Corcun rəhbərliyi altında daha 4 il... Tramp yenidən seçilsə, başqa bir dünyaya düşəcəyik”,- deyə Bayden çıxışında bildirib.

Bundan əlavə, o, Tramp ilə birlikdə yarışdığı 2020-ci il seçkilərini “uzun zamandan sonra ən mənalı seçkilər” olaraq dəyərləndirib.

Xatırladaq ki, Corc Uoker Buş ABŞ-ın 43-cü Prezidenti olub.