Bayden Trampı öz professoru adlandırdı

bayden-trampi-oz-professoru-adlandirdi
Oxunma sayı: 2462

Kürsüdən enərkən boşluğa salam verməsi, yolunu itirməsi, adları səhv salması ilə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkənin keçmiş lideri Donald Trampla bağlı səhv danışıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Bayden çıxışı zamanı Trampı sələfi deyil, öz professoru adlandırıb.

“Professorum haqqında danışmayacağam... Qulaq asın, sələfim fərqli bir kurs tutdu: iqtisadiyyatı tükəndirdi, çox zəngin və böyük korporasiyalara vergiləri azaltdı, kəsiri xeyli artırdı”, - Bayden Viskonsin ştatındakı çıxışında deyib.