Bayden Ukrayna ilə bağlı göstəriş verdi

bayden-ukrayna-ile-bagli-gosteris-verdi
Oxunma sayı: 3553

ABŞ Prezidenti Co Bayden dövlət katibi Antoni Blinkenə Ukraynaya təhlükəsizlik üçün daha 150 milyon dollar ayırmağı tapşırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Bildirilib ki, vəsaitlər Müdafiə Nazirliyinin müdafiə malları və xidmətləri, habelə hərbi təlimlər üçün ayrılır.

Bayden, həmçinin Blinkenə ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına əsaslanaraq Kiyevə daha 12 milyon dolların verilməsinin zəruri olub-olmadığını müəyyən etməyi tapşırıb.