Bayden Ukraynanın XİN rəhbəri ilə görüşdü

bayden-ukraynanin-xin-rehberi-ile-gorusdu
Oxunma sayı: 1403

ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

“Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, - məlumatda deyilir.

Bayden görüş zamanı ABŞ-ın Ukraynaya təhlükəsizlik və iqtisadi sahələrdə dəstəyini davam etdirəcəyini bildirib.