Bayden Ukraynaya gedəcəkmi?

bayden-ukraynaya-gedecekmi
Oxunma sayı: 4609

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etməyi planlaşdırmır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

“Plan dəyişməyib. Prezident Ukraynaya getməyi planlaşdırmır”, - deyə Psaki qeyd edib.

Eyni zamanda, o qeyd edib ki, əgər Amerika rəsmilərindən hər hansı birinin Ukraynaya səfərini təşkil etmək planı olarsa, Vaşinqton təhlükəsizlik baxımından kimin və nə vaxt səfərə gedəcəyini söyləməyəcək.