ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etmək arzusundadır.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak deyib. O bildirib ki, amerikalı lider bu arzusunu Vladimir Zelenski ilə telefon danışığı zamanı dilə gətirib.
“Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir və onun komandası Zelenskinin islahatlar sahəsində gördüyü işləri yüksək qiymətləndirir. Co Bayden yenidən Ukraynaya səfər etmək imkanını gözlədiyini deyib və Ukrayna parlamentindəki çıxışını xatırlayıb”, - deyə Yermak vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər