Bayden Ukraynaya təyin olunacaq yeni səfirin namizədliyini Senata göndərdi

bayden-ukraynaya-teyin-olunacaq-yeni-sefirin-namizedliyini-senata-gonderdi
Oxunma sayı: 2019

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfir təyin olunması üçün Bridcet Brinkin namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev rəsmiləri bildirib.

Qeyd edək ki, 2019-cu ildə keçmiş prezident Donald Tramp Mari Yovanoviçi vəzifəsindən azad etdikdən sonra ABŞ-ın Ukraynada tamhüquqlu səfiri olmayıb. Kiyevdən Lvova, oradan da Polşaya təxliyə edilən səfirlik müvəqqəti işlər vəkili Kristina Kvinin rəhbərliyi altında işləyir.