İyunun 14-də NATO Liderlər Zirvəsi çərçivəsində keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin görüş proqramı bəlli olub.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
O bildirib ki, liderlər Şərqi Aralıq dənizi, Suriya, İran, Dağlıq Qarabağ və Əfqanıstanı müzakirə edəcəklər.
“Bayden Ərdoğanı yaxşı tanıyır. Onlar əlaqələrin bütün aspektlərini nəzərdən keçirmək üçün bu fürsəti dəyərləndirməyi səbirsizliklə gözləyirlər”, - Sallivan qeyd edib.
Son xəbərlər
Son Xəbərlər