Bayden və Makronun müzakirə etdiyi məsələlər açıqlandı

bayden-ve-makronun-muzakire-etdiyi-meseleler-aciqlandi
Oxunma sayı: 2218

ABŞ Prezidenti Cozef Bayden fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər.

Onlar Ukraynaya əlavə dəstək verməyə hazır olduqlarını vurğulayıblar.

Prezidentlər Makronun Çinə son səfəri haqqında da fikir mübadiləsi aparıblar.