Bayden və Zelenski Polşada görüşə bilər

bayden-ve-zelenski-polsada-goruse-biler
Oxunma sayı: 1714

ABŞ Prezidenti Cozef Bayden Polşada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bu istiqamətdə danışıqlar aparılır.

Görüş əsnasında Zelenskinin Baydenə 10 bəndlik sülh planı təqdim etməyi planlaşdırdığı bildirilib.

Həmçinin, Rusiya tərəfindən törədilən müharibə cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması da müzakirə edilə bilər.