Bayden xəstələndiyini etiraf etdi

Bayden xəstələndiyini etiraf etdi
Oxunma sayı: 2302

ABŞ Prezidenti Co Bayden xəstələndiyini etiraf edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden xəstəliyin ona yaş yarımlıq nəvəsindən keçdiyini bildirib.

"Yaxşıyam, hər gün COVID-19 testi verirəm. Mənim yaş yarımlıq nəvəm var və o, babasını öpməyi sevir. Bir sözlə, sadəcə soyuqdəymədir", - Bayden jurnalistlərin səhhəti ilə bağlı suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, cümə günü ABŞ Prezidenti işsizliklə bağlı bəyanat verərkən səsindən xəstə olduğu hiss edilib və bir neçə dəfə öskürüb.