Bayden yüzlə milyonu səhv saldı

bayden-yuzle-milyonu-sehv-saldi
Oxunma sayı: 1856

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı səhvə yol verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, ölkədə koronavirusdan ümumilikdə 100-dən çox insanın öldüyünü deyib.

“Pandemiya səbəbindən itki hissini hələ də yaşayırıq. Qeyd etdiyim kimi, 100-dən çox insan öldü. Bu, mətbəx masası ətrafında 100 boş oturacaq deməkdir”, - amerikalı lider deyib.

Ağ Evin yayımladığı stenoqramda deyilir ki, ABŞ Prezidenti koronavirusdan 100-dən deyil, 1 milyondan çox (ABŞ-də koronavirusdan 1 milyon 169 min 682 nəfər ölüb - red.) insanın vəfat etdiyini deməli idi.

Qeyd edək ki, ötən ilin noyabrında Baydenin 80 yaşı tamam olub. O, çıxışları zamanı tez-tez səhvlərə yol verir.