Baydendən nüvə silahları ilə bağlı yeni Sərəncam

baydenden-nuve-silahlari-ile-bagli-yeni-serencam
Oxunma sayı: 2506

ABŞ Prezidenti Co Bayden ölkəsinin nüvə silahından istifadə şərtləri ilə bağlı yeni sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bayden bu yaxınlarda yeni nüvə erasının reallıqlarını nəzərə alan nüvə silahından istifadə şərtləri ilə bağlı yenilənmiş təlimatı imzalayıb. Orada Çinin nüvə arsenalının böyüməsi və müxtəlifliyi ilə bağlı problemlərin həllinin, habelə, Rusiya, Çin və Şimali Koreyanı eyni vaxtda çəkindirməyin vacibliyi vurğulanır”, - o deyib.