Baydendən tarixi razılaşma ilə bağlı - Açıqlama

baydenden-tarixi-razilasma-ile-bagli
Oxunma sayı: 4135

ABŞ Prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlüklə bağlı əldə edilən razılıq münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bayden tviter hesabında paylaşım edib.

“Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik - bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi üçün əsas addımdır ki, bu da bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”, - o qeyd edib.