Baydendən Trampın onun andiçməsinə qatılmayacağı xəbərinə - Reaksiya

baydenden-trampin-onun-andicmesine-qatilmayacagi-xeberine
Oxunma sayı: 3283

ABŞ-ın seçilmiş Prezidenti Co Bayden öz inauqurasiya mərasimində hazırkı Prezident Donald Trampı yox, vitse-prezident Mayk Pensi görməyə şad olacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü bildirib.

Bayden jurnalistlərə açıqlamasında Trampın onun inauqurasiyasına gəlməməsinə “bu, yaxşıdır”, - deyib.  

“Biz vitse-prezident Maykı salamlamağa şad olacağıq, bu bizim üçün şərəf olacaq”, - Bayden bildirib. 

Daha əvvəl Tramp Baydenin inauqurasiyasına qatılmayacağını, Pensin nümayəndəsi isə vitse-prezidentin ora dəvət olunmadığını bildirmişdi.

Baydenin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.