Baydenə görə Tokioya 18 min polis cəlb olunacaq

Baydenə görə Tokioya 18 min polis cəlb olunacaq
Oxunma sayı: 1119

Yaponiya hökuməti ABŞ Prezidenti Co Baydenin Tokioya səfəri zamanı müxtəlif obyektlərin mühafizəsi və patrul xidməti üçün 18 min polis əməkdaşı cəlb edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kyodo” agentliyi yayıb.

Baydenin mayın 22-24-ü Tokioya səfəri zamanı şəhərdə ABŞ, Yaponiya, Avstraliya və Hindistan liderlərinin iştirakı ilə Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (Quad) sammiti keçiriləcək.

Sözügedən tarixlərdə əsas olaraq diqqət kibertəhlükəsizlik sahəsi də daxil olmaqla müxtəlif terror təhlükələrinin qarşısının alınmasına yönləndiriləcək.

Liderlərin qalacaqları yerlər, səfirlik və rəsmi qurumlarla yanaşı, vağzal, hava limanı və insanların toplaşdığı digər yerlərə də xüsusi diqqət ayrılacaq.