Baydenə hər görüşdən əvvəl necə davranması barədə təlimatlar verilir - Foto

Baydenə hər görüşdən əvvəl necə davranması barədə təlimatlar verilir
Oxunma sayı: 1939

Çıxışları zamanı tez-tez çətin vəziyyətə düşən ABŞ Prezidenti Co Bayden bu dəfə fərqli mövzu ilə gündəmə gəlib.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, Ağ Ev hər görüşdən və iclasdan əvvəl Baydenə iclas zamanı necə davranması ilə bağlı yazılı təlimat təqdim edir. Bu təlimatlardan biri təsadüfən kameranın obyektivinə tuş gəlib.

Belə ki, Baydenin qatıldığı bu cür görüşlərin birində Prezident əlində xüsusi kağız parçası tutub. Kağızın birində Baydenin nitqi, digərində isə sözügedən təlimatların yer aldığı məlum olub.

Təlimatlarda “Ruzvelt zalına daxil olursunuz və görüş iştirakçılarını salamlayırsınız”, “Öz yerinizdə əyləşirsiniz”, “Media nümayəndələri daxil olur” və s. bu kimi təlimatlar yer alıb.

Ağ Ev isə öz növbəsində bu cür təlimatların adi hal olduğunu bildirib.

“Bu, ictimai tədbirlərdə siyasətçilər və dövlət məmurları tərəfindən istifadə olunan standart formatdır”, - deyə Prezident Administrasiyası qeyd edib.