Baydenə yazığı gəldiyini dedi

baydene-yazigi-geldiyini-dedi
Oxunma sayı: 2865

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Co Baydenə yazığı gəldiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya XİN rəhbəri bu haqda “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində danışıb.

Lavrov bunu Amerika liderinin “ABŞ-nin ukraynalıların nə Moskvaya, nə də Kremlə hücum etməsinə imkan vermir” bəyanatını şərh edərkən qeyd edib.

O, Baydenin davranışını şərh etmək məcburiyyətində qaldıqda özünü narahat hiss etdiyini vurğulayıb.

“Sadəcə bir insan yazıqdır. Sırf insani səbəblərdən onun beynində düşüncələrin necə yarandığını, hərəkətlərin necə birləşdiyini anlamaq çətindir”, - Lavrov əlavə edib.