ABŞ-ın Oklahama ştatında Prezident Co Baydeni, konqresmenləri və onların ailə üzvlərini öldürməklə hədələyən şəxs saxlanılıb.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxs 58 yaşlı Con Arensdir. O, may-iyun ayları ərzində KOTV kanalına ona pul verilməyəcəyi təqdirdə Baydeni, konqresmenləri və onların ailə üzvlərini öldürməklə bağlı mesajlar göndərib.
Hazırda Arensə qarşı ittiham aktı hazırlanıb.
Son xəbərlər
Son Xəbərlər