Baydenin ailəsində toy - Fotolar

Baydenin ailəsində toy
Oxunma sayı: 6565

ABŞ Prezidenti Co Baydenin nəvəsi Naomi Kinq Baydenin toyu olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nikah mərasimi Ağ Evdə keçirilib.

Ağ Evdəki toy tarixində on doqquzuncu dəfə baş tutub.

Məlumata görə, toy üç mərhələdə baş tutacaq - açıq havada nikah, daha sonra az sayda qohumlarla və dost dairəsində ziyafət.

Mərasim bəy və gəlinin istəyi ilə mətbuata qapalı olacaq.

Qeyd edək ki, 28 yaşlı Naomi ABŞ Prezidentinin oğlu Hanter Baydenin böyük qızıdır.