Baydenin də Ukraynaya qoşun göndərmək niyyəti yoxdur

baydenin-de-ukraynaya-qosun-gondermek-niyyeti-yoxdur
Oxunma sayı: 1443

“Co Baydenin ABŞ qoşunlarını Ukraynaya göndərməkdə nə marağı, nə də arzusu var”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinq zamanı deyib. 

"Aydın olsun deyə açıqlayıram: prezidentin Ukraynaya qoşun göndərmək niyyəti, marağı, istəyi yoxdur", - Psaki qeyd edib. 

O əlavə edib ki, 8500 ABŞ hərbçisinin Avropaya göndərilməsi üçün yüksək hazırlıq vəziyyətinə gətirmək qərarı yalnız NATO-nun “şərq cinahını” dəstəkləmək məqsədi daşıyır.