Baydenin inauqurasiyasında bu ulduzlar da yer alacaq

baydenin-inauqurasiyasinda-bu-ulduzlar-da-yer-alacaq
Oxunma sayı: 2844

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcək ulduzların siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət himnini ifa edəcək Ledi Qaqa və konsertdə şou göstərəcək Cennifer Lopezdən sonra gecənin aparıcısının kimliyi, eləcə də digər sənətçilərin adları məlum olub.

Tədbiri Hollivud ulduzu, Amerikanın məşhur aktyoru Tom Xenks aparacaq. Proqramda musiqiçi Con Bon Covi, pop ulduzlar Castin Timberleyk və Demi Lovato da yer alacaq.

Qeyd edək ki, Co Baydenin inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq.