İsrailin paytaxtı Qüdsdə ABŞ xüsusi xidmət orqanlarından birinin əməkdaşı ilə yerli bir qadın arasında mübahisə yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb.
Bildirilir ki, o, ABŞ Prezidenti Co Baydenin İsrailə səfəri ərəfəsində Qüdsə gəlib.
Mübahisə nəticəsində həmin şəxs saxlanılıb və İsrail polisi tərəfindən dindirilib. Buna baxmayaraq, o, hər hansı ittiham irəli sürülmədən sərbəst buraxılıb. Sözügedən şəxs bunun ardınca ABŞ-a geri göndərilib.
Telekanalın məlumatına görə, adı açıqlanmayan bu şəxsin Qüdsdə barlardan birinin qarşısında qadına hücum etdiyi iddia edilir.
Xatırladaq ki, Co Bayden iyulun 13-dən 16-na qədər Yaxın Şərqdə səfərdə olacaq. Səfər çərçivəsində ABŞ lideri İsrail, İordan çayının Qərb sahili və Səudiyyə Ərəbistanına gedəcək.
Son xəbərlər
Son Xəbərlər