Baydenin Putinlə nə zaman görüşmək istədiyi açıqlandı

baydenin-putinle-ne-zaman-gorusmek-istediyi-aciqlandi
Oxunma sayı: 2428

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşıdakı həftələrin birində görüşməyi təklif edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə mətbuat konfransında bildirib.

“Biz Rusiya ilə sabit və proqnozlaşdırıla bilən bir münasibətə üstünlük verərdik. Bu da öz növbəsində, düşüncələrimizi, siyasətimizi, Rusiyanın davranışlarına etirazımızı açıq şəkildə bildirmək üçün birbaşa kommunikasiya əlaqələri tələb edir. Bu, yanlış hesablamaların qarşısını almaq üçün vacibdir. Bunu siz dünən də gördünüz. Bayden Putinə zəng etdi və qarşıdakı həftələrin birində görüşməyi təklif etdi”, - deyə Blinken qeyd edib.