“Baydenin “qəssab” açıqlamasına Rusiyadan - Cavab

baydenin-qessab-aciqlamasina-rusiyadan
Oxunma sayı: 12425

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “qəssab” adlandırıb.

“Qafqazinfo" xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Baydenin bu açıqlamasına münasibət bildirib. 

O qeyd edib ki, ABŞ Prezidenti Bayden kimi yalnız xəstə və ya zəif insan hərəkət edə bilər. Volodin, həmçinin əlavə edib ki, psixoloqlar Baydenin davranışı barəsində araşdırma aparmalıdırlar:

“ABŞ vətəndaşları öz prezidentlərindən utanmalıdırlar. Bəlkə də, Bayden xəstədir, müalicə olunsa, yaxşı olar”.