ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Azərbaycanda səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, o, noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
Azərbaycana səfər zamanı Syu Biniaz, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.
Son xəbərlər
Son Xəbərlər