Baydenlə danışdıqdan sonra Zelenskidən ilk - Açıqlama

baydenle-danisdiqdan-sonra-zelenskiden-ilk
Oxunma sayı: 4982

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra açıqlama verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski Tvitterdə yazdığı açıqlamada deyib:

“Co baydenlə danışmağıma şad oldum. Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini yüksək qiymətləndirir. Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayanmışıq. Mən Ukraynada islahatların aparılması, şəffaflığın artırılması və sülhə nail olunması məsələlələrinə ciddi köklənmişəm. Amerika tərəfdaşlığı ukraynalılar üçün böyük əhəmiyyət daşıyır”.