Baydenlə görüşdən sonra Putindən ilk - Açıqlama

baydenle-gorusden-sonra-putinden-ilk
Oxunma sayı: 4283

“Danışıqlar konstruktiv idi. Ortada hər hansı düşmənlik olduğunu düşünmürəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə üz-üzə ilk görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Əksinə, fərqli tərəflərdə durmağımıza rəğmən, bir-birimizi anlamağa və mövqelərimizi daha da yaxınlaşdırmaq məsələsində istəkli davrandıq. Müzakirələr son dərəcə konstruktiv idi”, - Rusiya lideri bildirib.