Baydenlə Makronun telefon danışığı oldu

baydenle-makronun-telefon-danisigi-oldu
Oxunma sayı: 1007

ABŞ Prezidenti Co Baydenin Moskva və Kiyev səfərindən sonra Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb. Bildirilir ki, Bayden bu gün səhər saatlarında Makronla danışıb. Baydenin həftə ərzində bir sıra digər avropalı həmkarları ilə də danışıqlar aparması gözlənilir. 

Eyni zamanda, Psaki qeyd edib ki, Vaşinqton hələ də ABŞ-ın nöqteyi-nəzərindən Fransa liderinin Rusiya Prezidenti Vladimir Putinlə Moskva görüşünün uğurlu keçib-keçmədiyini dəyərləndirə bilmir: 

“Bizim diqqət etdiyimiz şey görüşün nəticələri ilə bağlı hesabatlar deyil, Rusiyanın gərginliyi azaltmaq üçün addımlar atıb-atmamasıdır. O da bunu etmir”.