Baydenlə Zelenski görüşəcək

baydenle-zelenski-gorusecek
Oxunma sayı: 1589

Yaxın vaxtlarda ABŞ və Ukrayna Prezidentləri Co Baydenlə Volodimir Zelenski arasında görüş keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyinə ABŞ dövlət katibi Entoni Blinken açıqlayıb.

Onun sözlərinə görə, iki ölkə lideri arasında görüş yaxın həftələrdə baş tuta bilər. 

Bununla belə, Blinken görüşün harada baş tutacağını bildirməyib.